Coy-Sleyd Mikelsin yeni klubu

"Karvan-Yevlax"ın sabiq futbolçusu Coy-Sleyd Mikels karyerasını Maltada davam etdirəcək.

Newsport.az xəbər verir ki, “Hibernians” klubu Ruanda millisinin hücumçusunu transfer etdiyini açıqlayıb. Klub 31 yaşlı futbolçunun Avropada zəngin təcrübəyə malik olduğunu vurğulayıb. Mikels ötən mövsüm Azərbaycan Premyer Liqasında oynayıb.

Qeyd edək ki, Coy-Sleyd Mikels “Borussiya” (Mönhenqladbax) akademiyasının yetirməsidir. O, karyerası ərzində Almaniya, Norveç və İsveçrədə də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right