Rodri klubuna təzyiq edir “Barselona”ya görə

İspaniyalı yarımmüdafiəçi Rodri Hernandes “Mançester Siti” rəhbərliyinə təzyiq göstərir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubdan “Barselona”ya keçidinə icazə verməsini istəyir.

30 yaşlı futbolçu “şəhərlilər”dən onu “Barselona”ya satmağı yenidən xahiş edib. Bu gün klublar arasında danışıqların növbəti mərhələsinin keçiriləcəyi gözlənilir.

Rodri artıq Kataloniya təmsilçisi ilə müddəti 2030-cu ilə qədər olan müqavilə şərtlərini razılaşdırıb. Yarımmüdafiəçinin illik maaşı 15 milyon avro olacaq.

O, 2025/26 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right