Türkiyədə Keytaya inanmırlar

Yay fasiləsində “Araz-Naxçıvan”dan ayrılan Hamidu Keyta ilə bağlı Türkiyə mətbuatında maraqlı məlumat dərc edilib.

Newsport.az xəbər verir ki, “Konyaspor”un sabiq hücumçusunun uğursuz karyerası diqqəti cəlb edib.

Bildirilib ki, 2024-cü ildə “Qarabağ”dan Konya klubuna keçən 31 yaşlı ön xətt oyunçusunun həmin vaxtdan etibarən karyerası enişdədir. Keytanın ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində keçirdiyi 33 oyunda 3 qol vurması xüsusi vurğulanıb: “Keyta sonuncu yüksək səviyyəli çıxışını Azərbaycanda “Zirə” komandasının heyətində göstərdi. Lakin ondan sonra ciddi şəkildə eniş yaşamağa başladı. Son olaraq “Araz-Naxçıvan”dakı zəif oyunu da bunun davam etdirdiyini göstərir. Bir müddət əvvəl Türkiyə klublarının Hamiduya marağı var idi. Ancaq bu cür performansla o, nəinki Superliqa, heç I Liqada da özünü doğrulda bilməz”.

Qeyd edək ki, Hamidu Keytanı Azərbaycana ilk dəfə 2022-ci ilin əvvəlində “Zirə” gətirib. Seneqal əsilli fransalı hazırda klubsuzdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right