"Mançester Yunayted"in ulduzu "Fənərbaxça"nın hədəfində

"Mançester Yunayted"in vingeri Markus Reşford karyerasını "Fənərbaxça"da davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, "Fənərbaxça" hücum xəttini gücləndirmək üçün variantlar axtarır. İstanbul klubu uzun müddət "Milan"ın vingeri Rafael Leaunun keçidi üzərində işləsə də, portuqaliyalı futbolçu Türkiyəyə gəlməkdən imtina edib. Bu səbəbdən "Fənərbaxça" digər variantlara yönəlib.

İstanbul təmsilçisi Reşfordun transferi üçün böyük məbləğ xərcləməyə hazırdır. "Mançester Yunayted" vingeri 42 milyon avroya buraxmağa hazır olduğu bildirilir.

Reşford ötən mövsümü icarə əsasında "Barselona"da keçirib və bütün turnirlərdə çıxdığı 49 matçda 14 qol və 14 qolun ötürməsi ilə yaddan qalıb. Kataloniyalıların hücumçunu 30 milyon avroya birdəfəlik almaq seçimi olsa da, onlar bu bəndi aktivləşdirməkdən imtina ediblər və daha az məbləğə razılıq əldə etməyə çalışsalar da, bu cəhd uğursuz alınıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right