"İnter"dən Çalhanoğlu qərarı

Hakan Çalhanoğlu bu yay "İnter"dən ayrılmayacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulan türkiyəli yarımmüdafiəçinin gedişi Milan klubunun planlarına daxil deyil.

"İnter" rəhbərliyi Çalhanoğlu ilə yeni müqavilə məsələsini mövsümün gedişində - dekabr və ya yanvar aylarında yenidən müzakirə edəcək.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2021-ci ildən "İnter"in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib. Daha əvvəl Çalhanoğlunun gələn yay azad agent kimi komandadan ayrılacağı iddia olunurdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right