"Napoli"dən "Bayer"ə

"Bayer" "Napoli"nin futbolçusu Migel Qutyerresi transfer edib.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb. İspaniyalı sol cinah müdafiəçisi ilə 2031-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.

25 yaşlı futbolçu "Real"ın akademiyasının yetirməsidir. O, ötən il "Jirona"dan "Napoli"yə keçmişdi. Qutyerres ötən mövsüm İtaliya A Seriyasında 28 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 5 matçda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right