"Yuventus"dan ayrılan futbolçu bu klubla anlaşdı

"Yuventus"dan ayrılan Filip Kostiçin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını Niderlandda davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kostiç PSV ilə anlaşıb. 33 yaşlı futbolçu Eyndhoven təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Filip Kostiç 2025/26 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right