İtaliya klubu "Real"la danışıqlara başladı

"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Fiorentina" argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Florensiya təmsilçisi Mastantuononu icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Real" Franko Mastantuononu 2025-ci ilin yayında "River Pleyt"dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "kral klubu"nun heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right