“Araz-Naxçıvan”ın sabiq legioneri Bernardo Oliveyra Ermənistanda oynayacaq.
Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu Ermənistanın “Ararat Armenia” klubuna keçib.
O, Çempionlar Lqiasında çıxış edən klubla 1 illik müqavilə imzalayıb.
Ermənistan klubu onu artıq ictimaiyyətə təqdim edib.
Portuqaliyalı 2024/2025 mövsümün "Araz-Naxçıvan"da keçirib. Son mövsümdə isə Benni Anqolanın "Petro Luanda" klubunda oynayıb.
Qeyd edək ki, bu yay ötən mövsüm liqamızda oynamış Domi Massumo, Sezar Enrike, Vladislav Yeremeyev də Ermənistan klubları ilə anlaşıblar.