FİFA Türkiyənin 4 klubuna transfer qadağası tətbiq edib.
Newsport.az xəbər verir ki, sözügedən komandalar "Gənclərbirliyi", "Antalyaspor", "Pendikspor" və "Hatayspor" olub. Qurumun rəsmi saytında yer alan məlumata görə, "Gənclərbirliyi", "Antalyaspor" və "Pendikspor" 3 transfer dövrü ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.
"Hatayspor"a tətbiq olunan transfer qadağasının isə klub problemini aradan qaldırana qədər qüvvədə qalacağı bildirilib.