“Barselona”nın qapıçısı Voyçex Şesnı İspaniya çempionatının UEFA Çempionlar Liqasından daha önəmli olduğunu bildirib.
Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı qolkiper açıqlamasında bunları deyib:
“Düşünürəm ki, La Liqada qalib gəlmək Çempionlar Liqasından daha vacibdir. Bu kubok ardıcıl olaraq qazanılır”.
Şesnı 2024-cü ilin oktyabrından “Barselona”nın formasını geyinir. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” qolkiperin dəyərini 800 min avro qiymətləndirir.
“Barselona” son İspaniya çempionudur.