Fransanın PSJ klubu Niderlandın "Ayaks" komandasının hücumçusu Mik Qodtsu heyətinə qatmaq niyyətindədir.
Newsport.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı belçikalı vingerin transferi ilə bağlı danışıqlara başlayıb.
Bildirilir ki, futbolçu klubun idman direktoru Luiş Kampuşla görüşdən sonra PSJ-yə keçməyə müsbət yanaşır.
Mik Qodts 2023-cü ildən "Ayaks"ın formasını geyinir.
O, Amsterdam təmsilçisinin heyətində keçirdiyi 113 oyunda 25 qol vurub və 27 məhsuldar ötürmə ilə yadda qalıb.
Transferin maliyyə detalları hələlik açıqlanmayıb.