Pirlodan imtina edən milli komanda Mançiniyə tapşırıla bilər

İtaliya Futbol Federasiyasının Andrea Pirlonu milli komandanın baş məşqçisi təyin etməkdən imtina etməsindən sonra hadisələrin mümkün inkişaf ssenariləri məlum olub.

Newsport.az xəbər verir ki, daha əvvəl “Milan” və “Yuventus”un sabiq futbolçusu Pirlo ilkin razılaşma və federasiyanın texniki direktoru Paolo Maldini, eləcə də onun müşaviri Leonardonun dəstəyinə baxmayaraq, İtaliya millisinin baş məşqçisi olmayacağını açıqlamışdı. Onun Rusiya bukmeker şirkəti "Fonbet" ilə əməkdaşlığı təyinatın reallaşmasına mane olub. Hazırda iki mümkün ssenari nəzərdən keçirilir.

Birinci və mövcud vəziyyətdə daha az ehtimal olunan variant Maldini və Leonardonun yeni əsas namizədi olan Tiaqo Mottanın baş məşqçi təyin edilməsidir.

Digər ssenari isə Roberto Mancininin milli komandaya baş məşqçi gətirilməsidir. Bu halda Giorgio Çiellini İtaliya millisinin texniki direktoru vəzifəsinə təyin oluna bilər. Bunun baş verib-verməyəcəyi isə Maldininin istefa verib-verməyəcəyindən asılı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right