Duşan Tadiçin yeni klubu bəlli oldu

Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, serbiyalı vinger karyerasını Niderlandda davam etdirəcək.

Tadiç "NEK Neymeqen"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Duşan Tadiçin son klubu "Əl-Vahda" olub. Təcrübəli oyunçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qqol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right