Fransa millisinin sabiq üzü 2-ci liqa klubunda Foto

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Matye Valbuena Maltada çıxış edəcək.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu ikinci divizion klubu “Santa Lusiya”ya keçib. 

Bu barədə Malta klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı futbolçu artıq yeni klubunun düşərgəsinə qoşulub və yeni transfer kimi onun təqdimat mərasimi də keçirilib.

O, ötən mövsümü Yunanıstanın "Olimpiakos" klubunun ikinci komandasının üzvü kimi 11 oyunda üç qol vurub və dörd məhsuldar ötürmə edib. Valbuena əvvəllər "Marsel", "Dinamo”(Moskva), "Lion" və "Fənərbaxça"da oynayıb. O, Fransa millisində 58 oyun keçirib, səkkiz qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right