DÇ-2026-da iştirak edən futbolçunun narkotik testinin nəticəsi müsbət çıxıb

İtaliyanın "Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpatonun narkotik testinin nəticəsi müsbət çıxıb.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Mənbənin iddiasına görə, 22 yaşlı futbolçu Sidneydə iki dəfə sürət həddini aşdığı üçün saxlanılıb. İlk yoxlama zamanı onun nəfəs testində orqanizmdə alkoqol aşkarlanmayıb.

Bundan təxminən iki saat sonra Volpato yenidən polis tərəfindən saxlanılıb və bu dəfə aparılan müayinədə orqanizmində kokain maddəsi aşkar edilib.

Qeyd edək ki, Kristian Volpato ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatında Avstraliya millisinin heyətində iştirak edib. O, DÇ-2026-da 3 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right