İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib.
Newsport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası son günlər 55 yaşlı çalışdırıcını yığmanın sükanı arxasına gətirmək üçün danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Qvardiola təklifi rədd edib.
Bildirilir ki, italiyalılar təcrübəli mütəxəssisi komandaya cəlb etmək üçün ciddi səy göstərsələr də, Qvardiola hazırda yeni layihəyə başlamaq niyyətində deyil. Mətbuatda yayılan xəbərlərə əsasən, maliyyə məsələləri də razılığın əldə olunmamasında rol oynayıb.
Qeyd edək ki, İtaliya millisinin baş məşqçi postuna Antonio Konte, Andrea Pirlo və Roberto Mançini də namizədlər arasında göstərilir.