Millimiz Qazaxıstana qarşı

Bu gün Azərbaycanın çimərlik futbolu üzrə millisi növbəti yoldaşlıq oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə üz-üzə gələcək.

Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Qeyd edək ki, bu matç hər iki komanda üçün qarşıdakı rəsmi turnirlərə hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right