PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Mənbənin iddiasına görə, 56 yaşlı ispaniyalı mütəxəssis yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin yaxın vaxtlarda rəsmi açıqlanacağı bildirilib.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında komanda 3 dəfə Fransa çempionu olub, 2 dəfə Çempionlar Liqasını və Fransa Kubokunu qazanıb.