"Arsenal"dan 40 milyon avroluq transfer

"Arsenal" heyətinə yeni oyunçu cəlb edib.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brügge"dən Kristian Tzolisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə çempionu yunanıstanlı vinger üçün 40 milyon avro təzminat ödəyib. 24 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Brügge" Kristian Tzolisi 2024-cü ilin yayında Düsseldorf "Fortuna"sından transfer etmişdi. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Belçika millisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 22 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right