İngiltərənin "Nyukasl" klubu "Monako"nun 20 yaşlı fransalı yarımmüdafiəçisi Alaci Bambanın transferini razılaşdırıb.
Newsport.az xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb.
Bildirilir ki, transfer məbləği 35,5 milyon funt-sterlinq (təxminən 41,5 milyon avro) təşkil edəcək.
Futbolçu artıq İngiltərə təmsilçisinin düşərgəsinə gəlib və tibbi müayinədən keçir.
Qeyd edək ki, Bamba 2025/2026 mövsümündə klub səviyyəsində 29 matça çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.
2021-ci ilin iyulundan "Monako"nun sistemində olan yarımmüdafiəçi, bu müddətdə Fransanın U-19 gənclər çempionatının kubokunu qazanıb. Gənc oyunçu ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında ümumilikdə 21 oyun keçirib..