Argentina millisinin üzvü "Çelsi"də

"Çelsi" "Strasburq"un yarımmüdafiəçisi Valentin Barkonun transferini azılaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, bütün sənədlər imzalanıb və tezliklə "mavilər" 22 yaşlı Argentina millisinin oyunçusunun keçidini elan edəcəklər.

Keçidlə bağlı razılıq hələ may ayında əldə olunub.

Geridə qalan dünya çempionatında Barko qrup mərhələsində İordaniyaya qarşı keçirilən matçın (3:1) 71-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq cəmi bir oyunda şans qazanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Strasburq" forması ilə ümumilikdə 43 rəsmi matçda meydana çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa Liqa 1-də 27 oyunda 2 qol, 4 assist müəllifi olan futbolçu, UEFA Konfrans Liqasında 12 qarşılaşmada 1 qol vurub, Fransa Kubokunda isə 4 oyunda şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right