"Qalatasaray"dan TFF-yə sərt reaksiya: Transfer planı pozulur

"Qalatasaray" rəhbərliyi "transfer pəncərəsi" dövründə 10+4 əcnəbi qaydasının dəyişdirilməsi cəhdlərinə qəti şəkildə qarşı çıxır. İstanbul təmsilçisi bütün planlarının mövcud sistemə uyğun qurduğunu bəyan edib.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.

Bildirilir ki, "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Qartalın son matçdan sonra xarici oyunçu limitinin 12+2 formasına gətirilməsi təklifinə "sarı-qırmızılılar" dərhal reaksiya göstəriblər.

Türkiyə Futbol Federasiyasının (TFF) daha əvvəl bu mövsüm hər hansı bir dəyişiklik edilməyəcəyinə dair qəti cavabını xatırladan "Qalatasaray" rəhbərliyi, Mauro İkardinin komandadan ayrılmasının da məhz bu qaydaya görə reallaşdığını vurğulayıb. İkardinin gidişindən sonra heyətdə açılan 23 yaşdan yuxarı tək əcnəbi oyunçu limitinin isə rəsmən 10 nömrəli mövqe üçün ayrıldığı diqqətə çatdırılıb.

Bruno Fernandes və Brahim Dias kimi məşhur adlarla maraqlanan İstanbul klubu, bu mövqeyə səs-küylü bir transfer etmək niyyətindədir. Klubun 10 nömrə transferindən başqa, 23 yaş altı limiti çərçivəsində gənc əcnəbilərdən ibarət daha iki keçid – ehtiyat hücumçu və cinah oyunçusu transfer etməyi planlaşdırdığı qeyd olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right