"Çelsi"nin müdafiəçisi İtaliya klubuna keçə bilər

"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Roma" fransalı futbolçunu transfer etmək istəyir. "Foot Mercato" nəşri məlumat yayıb.

"Canavarlar" Disasi üçün İngiltərə klubuna rəsmi təklif göndərib. "Çelsi" 28 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Aksel Disasi 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Vest Hem"də çıxış edib. Fransa millisinin sabiq üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right