Almaniya Futbol İttifaqı Per Mertezakerlə danışıqlar aparır

Almaniya Futbol İttifaqı sabiq futbolçu Per Mertezakerin qurumun idman direktoru vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar aparır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

41 yaşlı Mertezaker cari ilin sonunda vəzifəsindən ayrılacaq Andreas Rettiqi əvəz etməlidir.

Bildirilib ki, Mertezaker DFB-də çalışmağa razıdır və Almaniya millisinin baş məşqçi postuna əsas namizəd hesab olunan Yurgen Klopp ilə eyni komandada fəaliyyət göstərməyə hazırdır.

Qeyd edək ki, Per Mertezaker futbolçu karyerası ərzində İngiltərədə "Arsenal", Almaniyada "Verder" və "Hannover" klublarının formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.

Karyerasını başa vurduqdan sonra Mertezaker "Arsenal" klubunun akademiyasına və gənclər futbolunun inkişafına rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right