"Tottenhem"in hücumçusu Çempionşip klubuna keçdi

Uilyam Lenkşir "Tottenhem"dən "Midlsbro"ya transfer olunub. 21 yaşlı hücumçu Çempionşip təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, transfer məbləği 10 milyon funt-sterlinq təşkil edib. "Tottenhem" bonuslar şəklində daha 10 milyon funt-sterlinq qazana bilər.

Qeyd edək ki, Lenkşir geridə qalan mövsümü icarə əsasında "Oksford Yunayted"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right