Xames ABŞ klubundan ayrıldı

ABŞ-ın “Minnesota” klubu yarımmüdafiəçisi Xames Rodrigeslə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu bu ilin fevralından “Minnesota”nın formasını geyinirdi. O, MLS-də keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib.

Kolumbiyalı oyunçu Avropada “Real”, “Bayern”, “Monako” və “Portu” kimi klublardakı çıxışı ilə tanınıb. O, Kolumbiya millisinin heyətində 131 oyun keçirib və 31 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right