İnfantino BMT-nin baş katibi ola bilər

ABŞ prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu BMT-nin baş katibi vəzifəsinə namizəd kimi görmək istədiyini bildirib.

Tramp hesab edir ki, İnfantino bu vəzifə üçün lazım olan keyfiyyətlərə malikdir. ABŞ prezidenti FIFA rəhbərinin insanlarla asan ünsiyyət qurduğunu, dünyanın bir çox ölkəsində hörmət qazandığını vurğulayıb.

ABŞ-ın qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Paolo Dzampolli də İnfantinonun namizədliyini dəstəkləyib. Onun sözlərinə görə, BMT-də 193 üzv dövlətlə işləmək tələb olunur, FIFA isə 200-dən çox milli assosiasiyanı birləşdirir. Dzampolli bildirib ki, Canni İnfantinonun FIFA-dakı fəaliyyəti belə böyük və mürəkkəb qurumu idarə etmək bacarığına malik olduğunu göstərir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right