İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-da finala yüksələ bilməmələrinin hələ də komandanı sarsıtdığını deyib.
Newsport.az xəbər verir ki, təcrübəli hücumçu Argentina ilə yarımfinaldakı 1:2 hesablı məğlubiyyətin təsirinin uzun müddət qalacağını bildirib:
“Əlbəttə, hələ də böyük məyusluq hiss edirik. Bu hisslər və suallar bizi bir müddət də tərk etməyəcək. Qarşıdakı həftələrdə də bunun ağrısını yaşayacağıq”.
32 yaşlı futbolçu baş məşqçi Tomas Tuheli də müdafiə edib:
“Bu, son 60 ilin ən yaxşı nəticəsidir. O, komandaya və bütün ölkəyə inam aşıladı. Bu, hər dəfə bütün qərarların düzgün olacağı anlamına gəlmir. Hamımız bu ilin bizim ilimiz olduğuna inanırdıq. Ona görə də məğlubiyyət daha çox ağrıdır. Yas içindəyik, amma Tuhelə etibar edirik”.
Keyn əlavə edib ki, Argentina ilə oyunun son 30 dəqiqəsində İngiltərə öz futbolunu göstərə bilməyib və komanda həlledici anlarda oyunu idarə etməyi öyrənməlidir.