Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalında İspaniya yığmasına 0:1 hesabı ilə uduzmalarının səbəblərindən danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandanın gözlənilməz itkilərlə üzləşdiyini bildirib:
“Əsas mövqelərdə gözləmədiyimiz zədələrimiz oldu. Yorğunluq həddindən artıq idi, amma komanda sona qədər əlindən gələni etdi. Futbolçuların necə mübarizə aparması ilə fəxr edirəm. Qol buraxdıqdan sonra da sona qədər oynayacağımızı və şanslarımızın olacağını düşünürdük. Rəqibin üstün oyununu da etiraf etməliyik. Qarşılaşma ərzində qarşımıza çıxan bir sıra çətinliklər səbəbindən çoxlu dəyişiklik etməyə məcbur qaldıq”.
Argentina millisi dünya çempionatının finalında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olaraq, gümüş medallarla kifayətlənib.