“Çelsi” onun üçün rəsmi təklif almayıb

“Çelsi”nin və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandesin bu yay komandada qalacağı gözlənilir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun dünya çempionatında uğurlu çıxışına baxmayaraq, London klubu hələlik onunla bağlı heç bir rəsmi təklif almayıb. Buna səbəb “Çelsi”nin yarımmüdafiəçi üçün yüksək məbləğ tələb etməsidir.

Fernandes 2023-cü ildə “Benfika”dan “Çelsi”yə transfer olunub. O, 2025/26 mövsümündə bütün turnirlərdə 54 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right