Futbol üzrə 2026-cı il dünya çempionatının finalında qələbə qazanacaq millinin oyunçuları ilk dəfə çempionluq üzükləri alacaqlar.
Newsport.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 2 026 ədəd üzük hazırlanacaq. Bunlardan 30-u oyunçular üçün ayrılıb, qalan 1 996 ədədi isə bütün dünyadakı azarkeşlər üçün satışa çıxarılacaq.
Çempionluq üzükləri dünya çempionatının qaliblərinə tarixdə ilk dəfə təqdim olunacaq. Üzüklərin verilməsi ənənəsi Şimali Amerika idman liqalarında populyardır.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında Argentina və İspaniya milliləri qarşılaşacaqlar. Matç iyulun 19-da İst-Raterfordda (Nyu-Cersi ştatı, ABŞ) baş tutacaq.