"Seltik" Azərbaycanda oynayan daha bir legioneri transfer etmək istəyir

"Seltik" Azərbaycanda çıxış edən daha bir legioneri transfer etmək istəyir.

Newsport.az "scotsman.com"a istinadən xəbər verir ki, Qlazqo təmsilçisi "Sabah"ın aparıcı üzvü Aaron Maluda ilə yaxından maraqlanır.

Şotlandiya nəhəngi 20 yaşlı vingerin keçidini bu yay həll etmək istəyir.

Onun üçün "Sabah"a 2 milyon funt-sterlinq təklif edəcəklər. Fransız futbolçu ötən ilin yayından “Sabah”ın formasını geyinir.

Qeyd edək ki, "Seltik" bu ay "Qarabağ"dan Kamilo Duranı heyətinə qatmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right