Fransa millisinin və İngiltərənin "Arsenal" klubunun futbolçusu Uilyam Saliba bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər.
Newsport.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna müdafiəçinin belindən ciddi zədə alması səbəb olub.
O, davamlı ağrılara baxmayaraq, DÇ-2026-da meydana çıxıb və fiziki imkanlarının həddində oynayıb. Belindəki narahatlıq onu uzun müddət narahat edib.
Saliba PSJ-yə uduzduqları UEFA Çempionlar Liqasının final matçında da optimal formada deyildi. Lakin mundialda iştirak etmək qərarına gəlib.
O, mundialda İspaniyaya uduzduqları (0:2) yarımfinal matçının 30-cu dəqiqəsində zədəyə görə əvəzlənib. Futbolçu son altı həftə ərzində ağrıkəsici qəbul edib və yüngül məşqlərlə kifayətlənib.
Müdafiəçi tezliklə əlavə müayinələrdən keçəcək və bundan sonra həkimlər sonrakı müalicə planını müəyyən edəcəklər.