"Final çox gərgin keçəcək" Messi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Newsport.az xəbər verir ki, 39 yaşlı hücumçu qələbəyə layiq olduqlarını deyib:

​"Ardıcıl iki dünya çempionatında final oynamaq dəlilikdir. Bu komanda sadəcə inanılmazdır. Hesabda geri düşəndə belə, inanmağı dayandırmadıq, təzyiqi davam etdirdik və nəticədə bu qələbəyə layiq olduq. Bu komanda bir araya gələndə, həmişə özündə daha artığını tapır. Oyunçular bir-birini ruhlandırır və ehtiyat qüvvələri sanki artıq tükəndiyi yerdən tapıb çıxarırlar".

Messi İspaniya ilə keçiriləcək final matçı barədə də danışıb. Ulduz futbolçu oyunun gərgin keçəcəyini deyib:

​"İspaniya möhtəşəm futbolçuları və aydın oyun fəlsəfəsi olan bir yığmadır. Bu komandanı və onun bir çox oyunçusunu yaxşı tanıyıram. Düşünürəm ki, final çox gərgin keçəcək. Yenidən hazırkı çempion statusu ilə dünya çempionatının finalındayıq. Ardıcıl iki finala çıxmaq çox az adama nəsib olur. Bu, uğurlarımızın təsadüfi olmadığını sübut edir".

Qeyd edək ki, İspaniya ilə Argentina arasındakı final görüşü iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right