"Liverpul"dan Soboslai ilə bağlı yeni qərar

Dominik Soboslai "Liverpul" ilə müqaviləsinin müddətini uzadacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubu 25 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin imzalanması barədə prinsipial razılıq əldə edib. Macarıstanlı futbolçunun mersisaydlılar ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Təcrübəli oyunçu ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 36 qarşılaşmada 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right