İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentinaya məğlubiyyəti (1:2) şərh edib.
Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis oyun zamanı qəbul etdiyi qərarlara görə məsuliyyəti öz üzərinə götürüb:
"Bunu bir milyon məşqçi ilə müzakirə edə bilərsiniz, lakin mən qərarları birbaşa oyunun gedişində qəbul etməliyəm. Matçı təhlil etdim və müəyyən şəkildə hərəkət etdim. Buna görə də bu, tamamilə mənim məsuliyyətimdir. Hazırkı məqamda heç nəyə görə peşman deyiləm. Komanda bütün gücünü ortaya qoydu və biz finala çıxmağa çox yaxın idik.
Ən yaxşı oyunlarımızdan birini, bəlkə də şəraiti nəzərə alsaq, ən yaxşısını keçirdik. Komanda yüksək səviyyədə idi. İşi qələbə ilə başa çatdıra bilmədik. Lakin mən heç nədən peşman deyiləm. Hesab edirəm ki, bütün matç boyu xarakter və möhkəm kollektiv gördük. Qrupda güclü komandalara qarşı oynadıq, uzun məsafələr qət etdik, yüksək dağlıq ərazidə, on nəfərlə və isti havada oynadıq. Biz hər bir maneəni dəf etdik".
Qeyd edək ki, İngiltərə yığması yarımfinaldakı məğlubiyyətdən sonra dünya çempionatının üçüncülük uğrunda matçında Fransa ilə qarşılaşacaq. Oyun iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.