Qonzalo Qarsiya bu yay "Real”dan ayrılmayacaq.
Newsport.az “sport.es”ə istinadən xəbər verir ki, ispan forvarda bir çox təklif olsa da, Joze Mourinyo onun ayrılığına razı olmayıb.
Portuqaliyalı mütəxəssis Qarsiyanın komandada qalmasını istəyib və ona ehtiyac olduğunu rəhbərliyə bildirib.
22 yaşlı mərkəz hücumçusunun “Real”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
O, “kral klubu”nun yetirməsidir və 2025-ci ildən əsas komandada oynayır.