İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı məğlub edib (2:0).
Newsport.az xəbər verir ki, bu matçda İspaniya yığmasının yarımmüdafiəçisi Rodri 67 ötürmədən 58-ni dəqiq yerinə yetirib.
30 yaşlı futbolçu DÇ-2026-da keçirdiyi 7 oyunda 655 dəqiq ötürmə edib. Bu, 1966-cı ildən bəri dünya çempionatlarının bir turnirində qeydə alınan ən yaxşı göstəricidir. Onun ötürmələrinin dəqiqliyi 93 faiz təşkil edir. Rodri mundialda ümumilikdə 705 ötürmə edib.
Qeyd edək ki, təcrübəli dayaq yarımmüdafiəçisi DÇ-2026-da 7 görüş keçirib və onlardan 6-da meydanda sona qədər qalıb. O, yalnız Kabo-Verde ilə qarşılaşmada 87-ci dəqiqədə əvəzlənib.