"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado klubdakı gələcəyi barədə danışıb.
Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçu rəhbərliyin qərarını gözlədiyini bildirib:
"Əgər "Barselona"da getməyimin daha yaxşı olacağını hesab etsələr, qoy elə də olsun. Həmişə komandaya və kluba kömək etmək istəmişəm. Yeganə istəyim budur. Əlimdən gələni edirəm. Əgər məndən getməyimi istəsələr, gedəcəyəm".
Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirilməsidir. İspaniyalı dayaq yarımmüdafiəçisi 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.