Elvin Cəfərquliyevin gələcəyi sual altındadır Agenti danışdı

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyevin "Qarabağ"dakı taleyinə hələ də tam aydınlıq gəlməyib.

Newsport.az xəbər verir ki, bu barədə Sport24.az-a cinah müdafiəçisinin agenti Tural Əsgərov açıqlama verib.

O, hələ də oyunçunun Ağdam təmsilçisindən ayrıla biləcəyini söyləyib:

"Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı konkret fikir söyləmək çətindir. O, yeni mövsümə "Qarabağ"da başlaya, mövsümün sonuna qədər komandada qala və ya mövsümün gedişində transfer oluna bilər. Hətta bu yay "transfer pəncərəsində" də klubdan ayrılması mümkündür. Hazırda bununla bağlı dəqiq nəsə demək doğru olmaz".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right