Laporta nöqtəni qoydu: "Torres "Barsa"nın oyunçusudur"

"Barselona"nın prezidenti Joan Laporta hücumçu Ferran Torresin Fransanın PSJ klubuna mümkün transferi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubunun rəhbəri parislilərin marağı ilə bağlı şayiələri təkzib edib: "Ferran Torres PSJ-də? Bizdə bununla bağlı heç bir məlumat yoxdur. O, "Barsa"nın oyunçusudur və həmçinin dünya çempionatında çox yaxşı çıxış edir".

Qeyd edək ki, Torresin İspaniya klubu ilə müqaviləsi növbəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

Hücumçu 2022-ci ilin yanvarında "Mançester Siti"dən keçdikdən sonra kataloniyalıların heyətində 207 matça çıxıb, 65 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb, komanda ilə 7 titul qazanıb.

Hazırda o, İspaniya millisinin heyətində dünya çempionatında mübarizə aparır və turnirdəki 6 oyunun hamısında iştirak edib. İyulun 14-də "Qırmızı Furiya" dünya çempionatının finalına vəsiqə uğrunda Fransa ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right