Portuqaliya millisinin yarımmüdafiəçisi "Əl-Əhli"də

"Sportinq"in yarımmüdafiəçisi Fransisku Trinkan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Əl-Əhli" portuqaliyalı futbolçunun keçidi ilə bağlı razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ərəblər 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün onun klubuna 45+5 milyon avro təzminat ödəyəcəklər.

Qeyd edək ki, 2022-ci ilin yayında "Barselona"dan transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 13 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right