Argentina yarımfinalda Yenilənib

DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç keçirilib.

Əvvəlcə mundialın sürpriz komandası olan Norveç İngiltərə ilə üz-üzə gəlib. Oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İkinci qarşılaşmada isə son dünya çempionu Argentina İsveçrəni sınağa çəkib. Cənubi amerikalılar 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Argentina iyulun 15-də keçiriləcək yarımfinal matçında İngiltərə ilə görüşəcək.

İyulun 14-də keçiriləcək ilk yarımfinal matçında isə Fransa İspaniya ilə qarşılaşacaq. 

DÇ-2026, 1/4 final mərhələsi

12 iyul

01:00. Norveç - İngiltərə - 1:2

Qollar: Şelderup, 36 (1:0), Bellinqem, 45+2 (1:1), 93 (1:2)

05:00. Argentina - İsveçrə - 3:1 

Qollar: Aleksis Makallister, (1:0), Dan Ndoye, 67 (1:1), Xulian Alvares, 112 (2:1),  Lautaro Martinez, 120+1 (3:1)

Qırmızı vərəqə: Bril Embolo, 72 (İsveçrə)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right