İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç yığması ilə keçiriləcək oyun öncəsi rəqib komandanın hücumçusu Erlinq Haland barədə fikirlərini bölüşüb.
Newsport.az “The Telegraph”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Halandın çox təhlükəli hücumçu olduğunu vurğulayıb:
“Bütün diqqət onun üzərində olacaq. Belə hücumçuya qarşı etibarlı müdafiə olunmaq üçün bütün bacarığımızı ortaya qoymalıyıq. Hamı yaxşı bilir ki, Haland uzaq dirəyə ötürmələri tamamlamağı sevir. Biz komanda şəklində müdafiə olunmalıyıq, mərkəz müdafiəçilərimiz isə xüsusilə, Erlinqə fokuslanacaqlar”.
Haland DÇ-2026-da indiyədək vurduğu 7 qolla turnirin ən məhsuldar futbolçularından biridir.
Norveç – İngiltərə matçı iyulun 12-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 01:00-da səslənəcək.