"Barselona" Adeyemi transferi üçün nə qədər ödəyəcək?

"Barselona" ilə "Borussiya" (Dortmund) Karim Adeyeminin transferi ilə bağlı bütün detallarda razılığa gəlib.

Newsport.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun alman vinger üçün 22 milyon avro və 7 milyon avro bonus ödəyəcəyi bildirilirdi. Transferin yekun məbləği 22 milyon avro + əldə olunması asan olan 9 milyon avro bonus təşkil edəcək.

Bundan əlavə, “Borussiya” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 35 faizini alacaq.

Adeyemi “Barselona” ilə 5 illik müqavilə imzalayacaq və illik 6 milyon avro xalis əməkhaqqı qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right