Mərakeş milli komandasının baş məşqçisi Məhəmməd Uahbi DÇ-2026-nın 1/4 finalında Fransaya qarşı keçirdikləri oyundakı məğlubiyyəti (0:2) şərh edib.
Newsport.az xəbər verir ki, mütəxəssis yaxşı komandaya qarşı oynadıqlarını deyib:
"Çox yaxşı komandaya qarşı oynadığımızı etiraf etməliyik. Birinci hissədə işimiz çətin oldu. Yassin Bunu penaltini möhtəşəm şəkildə dəf etdi. İkinci hissədə daha yaxşı müdafiə olunduq və ən əsası, daha soyuqqanlı idik. Çox yaxşı oynadıq. İlk hissədə elə görünürdü ki, bəzi oyunçular həyəcandan tükəniblər. Qol vuruldu... Bəziləri əllə oynanılmanı görüb dayandı. Əllə oynama var idi, lakin bunun qeydə alınıb-alınmamasının lazım olduğunu bilmirəm. Sonra Mbappenin ustalığı işə düşdü. Sonda çətin idi, amma düşünürəm ki, inanmağa və işləməyə davam etməliyik.
Belə davam etsək, gələcək parlaq olacaq. Lakin bu, qələbə qazanmaq istəmədiyimiz mənasına gəlmir. Əlbəttə, istəyirdik. Qələbə üçün əlimizdən gələni etdik. Ancaq çox güclü rəqiblə qarşılaşdıq. Əlbəttə ki, məyusedicidir, lakin biz gələcək naminə çalışmağa davam edəcəyik. Bilirik ki, təkcə bir ölkəni təmsil etmirik. Biz Mərakeş xalqını, eləcə də Asiya və Afrikanın bir çox ölkəsini təmsil edirik. Bir çoxları özünü bu komandada görür. Gələcəkdə titullar qazanmaq üçün işləməyə davam edəcəyik".