Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.
Newsport.az xəbər verir ki, son olaraq “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni 3 cavabsız qolla üstələyib.
“Köhlən atlar”in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.
Daha əvvəl “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), “Zirə” isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın “Torpedo” klubunu (3:0) məğlub edib.
Hər iki komanda “Qarabağ” kimi ölkəyə 0,250 əmsal qazandırıb.
Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.
UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.