İngiltərə millisinin müdafiəçisinə iki oyunluq cəza verildi

İngiltərə milli komandasının müdafiəçisi Carrel Kuansanın cəzası məlum olub.

Newsport.az xəbər verir ki, FIFA 23 yaşlı futbolçuya iki oyunluq cəza verib. Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Kuansa 1/8 final mərhələsinin Meksika ilə matçında (3:2) birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın 1/4 finalında Norveçlə qarşılaşacaq. Matç iyulun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right