Rafael Markes millinin baş məşqçisi oldu

Meksika millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Newsport.az xəbər verir ki, yığma “Barselona”nın sabiq futbolçusu Rafael Markesə tapşırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Markes DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra komandanı tərk edən Xavyer Aqirreni əvəzləyib, O, Aqirrenin məşqçilər korpusunda yer alırdı.

Qeyd edək ki, Markes Meksika millisində 148 oyunda 18 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right